"Hələlik yerli uşaqlarla məşqlərə başlamışıq. Toplanışın əsas hissəsi avqustun 1-də start götürəcək". Bu sözləri Sport24.az-a açıqlamasında "Mingəçevir"in baş məşqçisi Ədəhim Niftəliyev deyib.

 

I Liqa klubunun çalışdırcısı saytımıza açıqlamasında 2024/25 "futbol ili" üçün yeni komanda formalaşdıracaqlarını da vurğulayıb: "Gələn ayın 1-də kimlərin qalacağı və düşərgəni tərk edəcəyi tam bəlli olacaq. Heyətimizi gücləndirməliyik və bunun üçün lazımi addımlar atmağı düşünürük".


Qeyd edək ki, "Nur şəhəri"nin təmsilçisi təlim-məşq toplanışını doğma şəhərdə keçəcək.