Qış fasiləsində "Mingəçevir"in "sükanı arxasına" keçən Füzuli Məmmədov komandanı mövsümün ikinci yarısına hazırlamaqla yanaşı, heyəti yenidən formalaşdırmağa çalışır. Sport24.az xəbər verir ki, "nur şəhəri"nin təmsilçisi artıq 7 futbolçu ilə anlaşıb.
I Liqa klubu "Turan Tovuz"un əvəzedici komandasından Elçin Qasımov, Murad Dadaşov, Raul Məmmədov və Rəşad Əliyevi icarəyə götürüb. "Qəbələ"ni "Mingəçevir"ə dəyişən Mehrac Baxşalı və "Səbail"dən gələn Gülağa Əsədovla isə 1,5 illik anlaşmaya imza atıblar. "Sabah" ilə yolları ayıran Emil Həbibov isə yaya qədər Füzuli bəyin sərəncamında olacaq.
Qeyd edək ki, Məmmədovun çalışdırdığı kollektiv yanvarın 24-də ikinci yoxlama görüşünü keçirəcək. "Mingəçevir"in rəqibi I Liqanın digər təmsilçisi "Karvan" olacaq.