"Liverpul"un sabiq futbolçusu Rigobert Sonqun Mərkəzi Afrika Respublikasının milli komandasına baş məşqçi təyin olunması ölkədə qalmaqala səbəb olub.

 

Milli komandanın yeni baş məşqçisi Mərkəzi Afrika Respublikasının Futbol Federasiyası tərəfindən yox, İdman Nazirliyi tərəfindən gətirilib. Onunla bağlı əmri idman naziri Rodolf Herityer Bonyör Donenq imzalayıb. Bu da ölkədə qalmaqal yaradıb.

 

Federasiyanın adı qeyd olunmayan bir rəsmisi kamerunlu mütəxəssisin baş məşqçi təyin olunması mövzusunda onlara heç bir məlumatın verilmədiyini bildirib: 

 

Qeyd edək ki, FİFA-nın nizamnaməsinə əsasən, dövlət qurumlarının yerli federasiyaların işinə müdaxiləsi yolverilməz hesab olunur. Buna görə hətta ölkənin FİFA üzvlüyünün dayandırılması kimi ciddi cəza da nəzərdə tutulur.