"Xankəndi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

 

Müdafiəçi Nihad Tamazov ilə 1 illik müqavilə imzalanıb.

 

Azərbaycanın U-21 millisinin sabiq üzvü daha əvvəl "Qarabağ" klubunun da formasını geyinib.

 

"Xankəndi" ötən mövsüm II Liqada çempion olub və I Liqaya vəsiqə qazanıb. Çempionatda mövsümə sentyabrın 3-də start veriləcək.