Rusiya yığması ilə Azərbaycan millisi arasında nəzərdə tutulan yoldaşlıq oyunu keçirilməyəcək. Sport24.az xəbər verir ki, bu barədə Rusiyanın "Sovetski Sport" nəşri məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, ötən ilin sonunda iki federasiya arasında bu məsələ ilə bağlı razılıq əldə olunsa da, matç keçirilməyəcək:

"UEFA-nın tədbiri çərçivəsində iki ölkənin ali futbol qurumlarının rəsmiləri arasında 2025-ci ilin ilk yarısında yoldaşlıq görüşü keçirilməsi barədə razılıq əldə olunmuşdu. Ancaq son günlər yaşananlar səbəbindən (AZAL-ın təyyarəsinin Qroznı üzərində vurulması nəzərdə tutulur - R) matç baş tutmayacaq".

 

Qeyd edək ki, milli martın 25-də Belarusla qarşılaşacaq.