Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi Ukraynanın "Polessye" klubu Avstriyadakı yay təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib. Sport24.az xəbər verir ki, Jitomir təmsilçisi Slovakiyanın "DAK 1904" komandası ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Mustafayev meydana start heyətində daxil olub.
Bundan əvvəl "Polessye" Avstriyanın "Horn" (3:1) və "Bad Leonfelden"i (5:1) məğlub edib, Slovakiya "Slovan" klubu ilə heç-heçə edib (1:1).