U-21 yığmamızin AVRO-2025-in seçmə mərhələsi çərçivəsində növbəti görüşünün hakimləri açıqlanıb. Sport24.az xəbər verir ki, noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna - Azərbaycan matçı Gürcüstandan olan hakimlər briqadasına tapşırılıb. 

Belə ki, baş hakim İrakli Kvirikaşviliyə yan xətdə Giorgi Elikaşvili ilə Davit Chigogidze yardımçı olacaq.
Dördüncü hakim Giorgi Avazaşvili olacaq. 

Xatırladaq ki, matç Bakı vaxtilə saat 22:00-də başlayacaq.