İslandiya və Azərbaycan milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının seçmə qrup matçının təyinatları bəlli olub. Sport24.az xəbər verir ki, sentyabrın 5-də keçiriləcək oyun Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.
Görüşü Sander van der Eyk idarə edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcək.
Qeyd edək ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.