Azərbaycan millisinin üzvləri Aytac Şərifova və Sevinc Cəfərzadə Türkiyənin "Yüksəkovaspor" klubu ilə yeni müqavilə imzalayıblar. Sport24.az xəbər verir ki, Türkiyə təmsilçisi hər iki futbolçu ilə müqavilənin yeniləndiyini açıqlayıb.
Beləliklə, millimizin üzvləri 2026/27 mövsümündə də "Yüksəkovaspor"un formasını geyinəcəklər.
"Yüksəkovaspor" yeni mövsümdə Türkiyə Qadınlar Superliqasında mübarizə aparacaq. Komandanın ilk turdakı rəqibi və oyunun tarixi 19 avqustda keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.