Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Canni de Byazinin komandası V tur çərçivəsində Belçika yığması ilə üz-üzə gələcək.

Qrupun favoritiylə qarşılaşma saat 17:00-da “Dalğa Arena”da baş tutacaq.

İlk üç oyununda hesabına cəmi 1 xal yazdıran millimizin budəfəki rəqibi FİFA reytinqində 5-ci pillədə qərarlaşandı. "Qırmızı iblislər" Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun aşkar favoriti hesab olunurlar.

Qeyd edək ki, millimiz sentyabrın 12-də eyni stadionda İordaniya yığmamız yoldaşlıq görüşü keçirəcək.

 

AVRO-2024-ün seçmə mərhələsi
V tur
F qrupu
Azərbaycan – Belçika 0:1 

Qol: Y.Karrasko, 37

Baş hakim: Nenad Minakoviç

Baş hakinin köməkçiləri: Slobodan Pavloviç, Nikola Boroviç

Dördüncü hakim: Milan Mitic

VAR: Novak Simovic

AVAR: Momcilo Markovic (hamısı Serbiya)

 

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin CƏfərquliyev, 15. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

 

Belçika: 12. Kun Kastels, 3. Artur Teate, 5. Yan Vertongen, 4. Vaut Fas, 21. Timoti Kastan, 11. leandro Trossars, 6. Amadu Onana, 8. Yuri Tilemans, 10. Yannik Karrasko, 9. Romelu Lukaka (k), 19. Yohan Bakayoko

Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi

Baş məşqçi: Domeniko Todesko

 

Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)