Məşhur insayder Fabrizio Romano "Qarabağ"ın hücumçusu Juninyonun "Sevilya"ya transferini şərh edib. Sport24.az xəbər verir ki, italyan "X" hesabında paylaşım edərək futbolçunun gələcək karyerası ilə bağlı bu sözləri yazıb:
"Sevilya" və "Qarabağ" braziliyalı hücumçu Juninyonun transferi ilə bağlı şifahi razılıq əldə etməyin astanasındadır. Transferə 4 milyon avro + 1 milyon avro bonus daxildir".
Romano bildirib ki, "Sevilya"nın gələcəkdə bu futbolçunu satacağı məbləğdən "Qarabağ" 20% gəlir əldə edəcək:
"Müqavilənin detalları dəqiqləşəndən sonra tərəflər arasında razılıq əldə ediləcək"