2020-ci ildən Taylandda yaşayan Məmməd Quliyev özünə yeni komanda tapıb. Sport24.az pressing.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 3-cü liqa təmsilçisi "Saraburi Yunayted"dən ayrılıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, 3-cü liqanın daha bir təmsilçsi "Muanq Loei Yunayted"lə anlaşıb.

 

Qeyd edək ki, Məmməd Quliyev karyerası ərzində "Rəvan", "İnter"(indiki "Şamaxı"), "Şüvəlan", "Kamphaengphet", "Kasem Bundit", "Tonburi Yunayted", "Uttaradit", "Saraburi Yunayted""(hamısı Tailand) klublarında oynayıb.