"Neftçi"nin Premyer Liqanın XII turunda "Səbail"lə ev matçında zədələnən legioneri Mamadu Mbodjun durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Sport24.az-a verdiyi məlumata görə, qarşılaşmanı sonadək başa vuran 28 yaşlı seneqallı müdafiəçinin barmağına gips qoyulub.

Belə ki, görüşdən sonra xəstəxanaya aparılan Mamadunun iki barmağı sınıb: "Onun orta barmaqları sınıb, gipsə qoyublar. Belə vəziyyətdə məşq etməsi real deyil. Komandaya iki günlük istirahət verilib. Futbolçular yenidən bir araya gələndən sonra da Mbodj dərhal məşq edə bilməz. O baxımdan onun növbəti turda "Sumqayıt"a qarşı oynamaq ehtimalı çox azdı".

Xatırladaq ki, "Neftçi" - "Sumqayıt" görüşü dekabrın 6-da "Bakcell Arena"da keçiriləcək.

 

 

MEHMAN SÜLEYMANOV