Norveç yığmasının heyətində sabah Budapeştdə başlayacaq Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Maqnus Karlsen növbəti titulunu qazanıb.

Sport24.az xəbər verir ki, planetin ən güclü qrossmeysteri onlayn keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

 

Bu, 16 qat dünya çempionunun, artıq bu kateqoriyalı yarışda 4-cü uğurudur. O, daha əvvəl 2016, 2017 və 2023-cü illərdə sürətli şahmat üzrə dünya çempionatında birinciliyi əldə edib.

 

Qeyd edək ki, analoji yarışın digər illərində isə (2018-2022) Hikaru Nakamura (ABŞ) ardıcıl 5 dəfə qalib gəlib.