"Nürnberq"in hücumçusu Ceyms Custvan komanda yoldaşı Mahir Emreli haqda danışıb. Sport24.az xəbər verir ki, Ceyms "Paderborn"la oyunda dubl edən Mahirlə bağlı bunları deyib:

 

"Mahir əla keyfiyyətlərə malikdir. O, oyuna fokuslanıb, potensialını ortaya qoysa, bizə çox kömək edər. Onun komandada qalmasına sevinərdim".

 

Mahir bu mövsüm 21 oyunda 7 qol vurub. Onun müqaviləsi yayda başa çatır.