"Turan-Tovuz"un hücumçusu Jo Batista mövsümü erkən başa vurub. Sport24.az xəbər verir ki, brazliyalı futbolçu Misli Premyer Liqasının 31-ci turunun matçından əvvəl zədələnib və bu həftə əməliyyat olunub.

 

Onun məşqlərə başlayacağı hələ ki, qeyri-müəyyəndi. Hücumçunun cari mövsümdün qalan oyunlarında meydana çıxacağı gözlənilmir.

 

Qeyd edək ki, Jo bu ilin yanvarında "Turan Tovuz"la müqavilə bağlayıb. Forvard meydana çıxdığı 7 matçda 1 qolla yadda qalıb.