UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb. Sport24.az xəbər verir ki, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 3 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən futbolçular sırasına düşüb.
Belə ki, 5 dəfə qapını dəqiq nişan alan 24 yaşlı hücumçu bu nominasiyada 2-ci pillədə qərarlaşıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli yalnız bir dəfə hədəfdən yayınıb.
İlk "3-lük"də "Neftçi"nin futbolçusu Sabir Buqrin də yer alıb. 25 yaşlı belçikalı yarımmüdafiəçinin zərbələrindən 4-ü dəqiq alınıb, 4 dəfə isə "çərçivə"yə düşməyib.
İlk sırada Monteneqronun "Buduçnost" klubunun yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.