Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Bild" nəşrinə müsahibə verib. Sport24.az xəbər verir ki, "Kayzerslautern"də çıxış edən 28 yaşlı hücumçu II Bundesliqadakı növbəti oyunda qol vurmaq istədəyini söyləyib.
Emreli "Şalke" ilə qarşılaşmada fərqlənə biləcəyinə ümid edib:
"Növbəti görüşdə komanda ruhunun və koordinasiyanın daha yaxşı olacağına ümid edirəm. Mövsümün bizim üçün yaxşı keçəcəyinə və yuxarı yerlər üçün mübarizə aparacağımıza inanıram".
Qeyd edək ki, "Kayzerslautern" II Bundesliqanın ilk turunda "Hannover"ə 0:1 hesabı ilə uduzub. Komanda avqustun 9-da, Bakı vaxtı ilə saat 22:30-da "Şalke"ni qəbul edəcək.