Zaqreb "Dinamo"sundan ayrılan Mahir Emreli bu gün yeni klubu ilə müqavilə imzalayacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, millinin də şərəfini qoruyan futbolçu artıq anlaşacağı klubun düşərgəsindədi.

 

Mövsümlərarası fasilədə Mahirin adı müxtəlif klublarla yanaşı hallansa da, 27 yaşlı futbolçu Almaniya təmsilçisi "Nürenberq"lə ortaq məxrəcə gəlib. Emreli Almaniya təmsilçisi ilə "1+1" şərti ilə anlaşıb.

 

Qeyd edək ki, Emreli karyerası ərzində "Qarabağ"la yanaşı, "Legiya", "Konyaspor", Zaqreb "Dinamo"su kimi klubların formasını geyinib.