Macarıstan millisi Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyununda dəstəksiz qalmayacaq. Sport24.az xəbər verir ki, tribunalarda macar azarkeşlər də yer alacaqlar. 

 

Qonaqlar üçün ayrılmış 550 biletdən artıq 154-ü satılıb. 

 

Qeyd edək ki, bu gün "Liv Bona Dea Arena"da keçiriləcək  Azərbaycan - Macarıstan matçı saat 20:00-da başlayacaq.