Klubların iyun ayı üçün dünya reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, IFFHS-in cədvəlində dünyanın 505 ən yaxşı komandası yer alıb.

 

Azərbaycanın 4 təmsilçisi də siyahıda yer alıb.

 

"Qarabağ" 144,75 xalla dünyada 119-cudur. Ölkə çempionumuz ötən ayla müqayisədə 5 pillə geriləyib. "Zirə" 95,75 xalla 232-ci mövqedə qərarlaşıb və ötən reytinqlə müqayisədə 1 rəqibini qabaqlayıb.

 

50 pillə irəliləyən "Sabah" 76 xalla 317-cidir. Dünya reytinqində yer alan "Araz-Naxçıvan" 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi 8 pillə önə keçib.

 

Qeyd edək ki, cədvələ 470 xalla "Real" başçılıq edir.