"Bayer"in qapıçısı Andrey Lunyovun "Qarabağ"a keçidinin baş tutmasının əsl səbəbi bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqamızın lideri təcrübəli rusiyalı qolkiperdən son anda imtina edib.

Məlumdu ki, ağdamlılar əsas qapıçısı Şahruddin Məhəmmədəliyevi 2 aylığa zədələnəndən sonya yeni qapıçı axtarışında idi. Bu zaman 32 yaşlı Lunyova ciddi maraq olsa da, onun zədə probleminin olması aşkarlanıb. Belə ki, Andrey 30 günə bərpa olunacaq, bundan sonra  yaşıl meydana çıxa bilərmiş. Təbi ki, buna görə o, Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə matçlara çatmırmış. "Qarabağ" da bu rəqiblə dueldə xidmətindən yaralana bilməyəcəyi legionerə görə pul xərcləmək istəməyib. 

Xatırladaq ki, Qurban Qurbanovun komandası Belçika klubuyla fevralın 16-da və 23-də görüşəcək.