Minifutbol üzrə Azərbaycan çempionatında X tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutub.

 

Çempionatın lideri "Birbaşa Bakı" mövsümdə ilk xal itkisi ilə üzləşib. Son çempion "Aznur"la oyundan bir xalla ayrılıb. Autsayder "Şamaxı" ilk qələbəsini qazanıb. Amma bu 3 xal son pillədən qurtulmaq üçün yetərli olmayıb.

 

Qeyd edək ki, tura bu gün yekun vurulacaq.

 

Azərbaycan çempionatı
X tur
11 dekabr

"Şamaxı" – "Atəşgah Suraxanı" 9:3
"Aznur" – "Birbaşa Bakı" 1:1
"Star Bakı" – "Laçın" 3:4