Azərbaycan Premyer Liqasının X turunun "Sumqayıt" – "Turan Tovuz" oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşdü…

 

– İki fərqli hissə izlədik. "Zirə" ilə birinci hissədə pis oynamışdıqsa, bu dəfə əksi oldu. İkinci hissədə əvəzetmələrdən sonra yaxşı oynamadıq. Səbəbi axtaracağıq.

 

– Müdafiədə səhvlər olurdu. Komandanın müdafiə baxımından zəiflədiyini düşünürsünüz?

– Yalnız müdafiə xəttini demk olmaz. Müdafiə komanda şəklində olur. Burda problemlər var.

 

– Birdən-birə 4 əvəzetmə bununla bağlı idi?

– Rəqib boşluqlar tapırdı. Ona görə əvəzetmələr etdik. Təəssüf ki, pis alındı. "Zirə" ilə matçda məhz bu oyunçular faydalı olmuşdu.

 

– "Sumqayıt" yeni baş məşqçi ilə oyuna çıxmışdı. Bu, nəticəyə nə dərəcə təsir etdi?

- "Sumqayıt" haqda danışmayacam.

 

– Avqustdakı oyunda Tovuzda bir qolla qazanmışdınız, bu gün 4. Komandada böyümə hiss edirsiniz?

– Fərqli oyunlar idi. İndi daha müdrik oynamağa başlamışıq. Həm müdafiədə, həm də hücumda. Tovuzda da, burda da ikinci hissənin əvvəlini uduzmuşduq.