"Araz Naxçıvan" Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Sabah"la 1:1 heç-heçə edib. Sport24.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Yaxşı, dinamik oyun alındı. Yaxşı futbolun şahidi olduq. Ümumən, pis oynamadıq. Komandamdan daha yaxşısını istəyirəm. Vaxt keçdikcə oyunçular istədiklərimi qaytarmağa çalışırlar. Daha rəngarəng ola bilərik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir. 

 

- Sizin üçün ilk dövrə arxada qaldı. Hazırda olduğunuz mövqeni əvvəldən gözləyirdiniz?

- Hər məşqçi öz komandasına güvənməli, bunu oyunçulara verməlidir. Heyəti quranda çətinlik çəkirdik, amma istədiyimiz futbolçuları gətirə bildik. Oyun planında daha artıra bilərik. Potensiallı futbolçularımız var. Bizə inanmasalar da, mən komandama inanıram. Düşünürəm ki, komandam öz oyunu ilə hamının layiqli cavablarını verəcək. 

 

- Konkret olaraq sizə kim inanmır?

- Ümumən. Büdcə ilə baxıb, şansları az dəyərləndirirlər. Lakin futbol eynidir, kimsə üstün deyil. Futbolçular bu inamı verib, mən də onlardan daha artığını istəyirəm.

 

- Ötən mövsümün bu ərəfələrində komanda lider idi, amma sonlara yaxın Premyer Liqada qalmaq uğrunda oynadı... İnanmırlar deyəndə, bunu da nəzərdə tutursunuz?

- Heç kim nədənsə sığortalanmayıb. Ümid edirəm ki, heyəti genişləndirəcəyik. Bu olmasa, çətinliklər qaçılmazdır. Üst sıralarda qalmaq üçün daha artığını edə bilərik. 

 

- "Araz-Naxçıvan"a hakimlərin kömək etdiyi də iddia edilir. Bu situasiyadan narahat deyilsiniz?

- Hakimin bizə simpatiyasını gördünüz? Hər kəs Ramon Maçadonun epizodundan danışır. Amma bu gün Boyan Letiç də eyni epizodu təkrarladı, amma qərar da eyni oldu. Amma heç kəs bundan danışmayacaq.

 

Nuh