Bu gün Nyonda (İsveçrə) Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. Sport24.az xəbər verir ki, "Zirə" və "Araz-Naxçıvan" klublarının rəqibləri müəyyənləşəcək. 

 

Hər iki təmsilçimiz püşkatma mərasimində yer almayan komandalar arasında yer alacaq.

 

"Zirə"nin potensial rəqiblər bəlli olub: "Hayduk" (Xorvatiya), "Maribor" (Sloveniya), AEK (Yunanıstan), "DAK Dunayska Streda"(Slovakiya), AEK(Larnaka) - "Partizan"(Serbiya) cütünün qalibi.

 

"Araz-Naxçıvan"ın potensial rəqibləri isə bunlardır: "Başakşəhir"(Türkiyə), "Omoniya"(Kipr), "Aris"(Yunanıstan), "Beytar"(İsrail)

 

Qeyd edək ki, ikinci mərhələnin püşkü saat 17:00-da başlayacaq, görüşlər iyulun 24 və 31-də keçiriləcək.