UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.
"Zirə" Xorvatiyanın "Hayduk" (Split) klubu ilə qarşılaşacaq. "Araz-Naxçıvan"ın rəqibi isə Yunanıstan təmsilçisi "Aris" olacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 24-31 iyul tarixlərində keçiriləcək.