"Fənərbaxça" klubla müqaviləsi başa çatan Brayt Osayi-Samuellə bağlı qərar verib. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi nigeriyalı müdafiəçi ilə yollarını ayıracaq.

 

Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

 

Klub Osayi-Samuelin maaş tələbini qəbul etməyib. Buna görə də 27 yaşlı sağ cinah müdafiəçisi ilə yeni sözləşmə imzalanmayacaq.

 

Qeyd edək ki, Brayt Osayi-Samuel 2021-ci ilin yanvar ayından "Fənərbaxça"da çıxış edir. Nigeriya millisinin üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində keçirdiyi 39 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.