"Fənərbaxça"nın yeni transfer hədəfi bəlli olub. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"un hücumçusu Arkadiuş Miliklə maraqlanır.

 

"Fənərbaxça" polşalı forvardı razı salmağa çalışır.

 

Onun "Yuventus"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

O, 2023-cü il iyulun 1-də "Napoli"dən Turin klubuna keçib. Milik "Qurnik", "Bayer"(Leverkuzen), "Auqsburq", "Ayaks", "Marsel" komandalarında oynayıb.