İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Artetanın köməkçisi Karlos Kuesta İtaliyada işləyəcək. Sport24.az xəbər verir ki, mütəxəssis "Parma"ya baş məşqçi təyin ediləcək.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında müqavilə yaxın zamanda imzalanacaq.

 

Kuesta 2020-ci ildən "Arsenal"da işləyir.