Transfermarkt" portalı İtaliya çempionatının elit divizionunda çıxış edən futbolçuların bazar qiymətlərini yeniləyib. Sport24.az xəbər verir ki, ən çox dəyər qazanan "Parma"nın 18 yaşlı oyunçusu Covanni Leonidir. Onun hazırda qiyməti 18 milyon avrodur və qiyməti 12 milyon avro yüksəlib.
İtaliya A Seriyasında qiyməti ən çox yüksələn 10 futbolçu bunlardır:
1. Covanni Leoni ("Parma") - 18 milyon avro (+ 12 milyon avro).
2. Teyani Reynders ("Milan") - 60 milyon avro (+ 10 milyon avro).
3. Moyze Kin ("Fiorentina") - 50 milyon avro (+ 10 milyon avro).
4. Skott Maktominey ("Napoli") - 50 milyon avro (+ 10 milyon avro).
5. Dan Ndoy ("Bolonya") - 35 milyon avro (+ 10 milyon avro).
6. Matias Soule ("Roma") - 30 milyon avro (+ 8 milyon avro).
7. Mile Svilar ("Roma") - 25 milyon avro (+ 8 milyon avro).
8. Denzel Dumfris ("İnter") - 35 milyon avro (+ 7 milyon avro).
9. Renato Veyqa ("Yuventus") - 25 milyon avro (+ 7 milyon avro).
10. Cion Suzuki ("Parma") - 20 milyon avro (+ 6 milyon avro).