"Azərbaycanı çox bəyəndim. Bakı şəhəri inanılmazdır. Məni çox gözəl qarşıladılar". Sport24.az AZƏRTAC-a istinadən xəbər verir, bu sözləri Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Halil Rauntri ilə üz-üzə gələcək ABŞ idmançısı Camaal Hill deyib
O, qalib gəlmək üçün hər şeyi edəcəyini bildirib: "Məni çox ağır və çətin görüş gözləyir. Həqiqətən də Bakıdakı yarış mənim üçün önəmlidir. Uğurlu nəticə qazanmaq istəyirəm. Özümə inanıram".
Qeyd edək ki, döyüş gecəsi iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək.