Bu gün Sport24.az-ın təşkilatçılığı və AFFA-nın dəstəyi ilə AVRO-2020-yə həsr edilmiş “Köhnə qitə”nin yeni “MÜNƏCCİM”İ layihəsinin qalibinin mükafatlandırma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan təqdimetmədə assosiasiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Firuz Abdulla və Sport24.az saytının baş redaktoru Ceyhun Əliyev iştirak ediblər.

Qalib adının qazanan Futbolpress.az saytının əməkdaşı Faiq Tahirova xatirə hədiyyələri təqdim olunub.

Xatırladaq ki, 1 ay davam edən proqnoz yarışmamızda iştirakçı sayı final mərhələsinə uyğun 28 nəfər oldu. Tahirov 127 xalla hamını qabaqladı. İkinci və üçüncü yerləri müvafiq olaraq "Qəbələ"nin baş meneceri Zaur Əzizovla (115 xal) AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev (113 xal) tutdular.