İyunun 11-də Avropa çempionatının final mərhələsi - AVRO-2020 start götürdü. Sport24.az saytının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə “Köhnə qitə”nin “yeni MÜNƏCCİM”i layihəsində 1/4 final mərhələsi də start götürdü. 

Pley-offdan başlayaraq yarışmamızda yeni mərhələ olub ki, hər növbəti mərhələdə düzgün verilən proqnozun dəyəri 2 dəfə artırılıb. Yəni, 1/4 finalda iştirakçı müvafiq qaydada düzgün nəticəyə görə 12, qalibi düzgün müəyyənləşdirmək şərtilə top fərqini də tapdıqda 8, sadəcə, qalibi müəyyənləşdirdikdə isə 4 xal qazanır. Matçın heç-heçə bitəcəyini proqnozlaşdırdıqda iştirakçı minimum 8 xal qazanır. Çünki bütün hallarda top fərqi "0" olacaq. Heç-heçə bitən qarşılaşmanın dəqiq hesabını tapan iştirakçı isə aktivinə 12 xal yazdırır. Ən vacibi, hesab 90 dəqiqəyə nəzərə alınır. Yəni, 30 dəqiqəlik əlavə vaxt və oyunsonrası penaltilər seriyası nəzərə alınmır. 

Yarışmamızın 24 iştirakçısından bu mərhələnin ilk oyun günündə 6-sı doğru hesablar tapıb. Belə ki, İsveçrə - İspaniya matçından (1:1) Arif Əsədovla Tahir Hümmətov, Belçika - İtaliya (1:2) görüşündəm Samir Əliyev, Aslan Şahgəldiyev, Eldəniz Yusifov, Mehman Süleymanov maksimum - 12 xal götürüblər.

Nəticədə turnir cədvəlində xeyli yerdəyişmə olub və lider Süleymanov ən yaxın izləyicilərindən bir qədər də aralanıb. Bunadək onun ən yaxın izləyicisi olmuş Zaur Əzizov dünən 1 xal belə toplamadığından xeyli geriləyib. İndi lideri daban-dabana izləyən yenidən Şahin Diniyev olub. 3-cü pilləyə yüksələn isə ilk matç günündə ən çox xal toplayan iştirakçı Tahir Hümmətov olub. Belə ki, həmkarımız İtaliyanın qalib olacağını proqnozlaşdırdığından aktivinə ümumilikdə 16 xal yazıb.

1/4 final mərhələsinin ilk oyun gününə proqnozlarla aşağıdakı linkdən tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/kohne-qitenin-yeni-muneccimi---1_4-final-merhelesinin-ilk-oyun-gunune-proqnozlar)

 

Turnir cədvəli

Mehman Süleymanov - 59, Şahin Diniyev - 49, Tahir Hümmətov - 47, Kənan Məstəliyev - 46, Firuz Abdulla - 44, Arif Əsədov, Zaur Əzizov - hər ikisi 43, Aslan Şahgəldiyev - 32, Samir Əliyev, Rəşad Məmmədov, Eldəniz Yusifov - hər üçü 40, Faiq Tahirov - 39, Mahir Rüstəmli, Ruslan Mikayıllı - hər ikisi 38, Rüstəm Allahverdiyev - 36, Nicat Zülfülü - 34, Mahmud Qurbanov - 33, Yunis Hüseynov - 32, Elman Himayətoğlu,  Elnur Həmidov - hər ikisi 31, Aslan Kərimov - 28, İbrahim Cəfərov - 26, Gündüz Abbaszadə - 25, Şəmsəddin Abbasov - 23,