Konfrans Liqasında "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" klubu heyətini yeni futbolçu transfer edib. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransa "Mets"indən Viktorien Anqbanla anlaşıb.

Fil Dişi Sahili millisində 13 rəsmi matça çıxan 25 yaşlı yarımmüdafiəçi ilə "2+1 il" şərtilə müqavilə imzalanıb. Maraqlıdı ki, Anqban "Çelsi" klubunun yetirməsidir.

Bu, soçililərin yay fasiləsində 3-cü transferidi. Bunadək də yeni futbolular əcnəbilər - Avstriya "Rapid"indən xorvatiyalı Mateo Baraç və Portuqlaiyanın "Jil Vidente" klubundan braziliyalı Rodriqao olmuşdu. Onların hər ikisi müdafiəçidi. 

Xatırladaq ki, "Keşlə" "Soçi"ylə ilk matçını iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.