"Kəpəz" "Aqua Life Qax" suları ilə təmin olunacaq. Sport24.az xəbər verir ki, bununla bağlı "Kəpəz" PFK ilə "Maximus" MMC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.


Tərəflər arasındakı müqaviləni "Kəpəz" PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri ilə "Maximus" MMC-nin direktoru Elnur Kosayev imzalayıblar. Müqaviləyə əsasən şirkət mövsüm ərzində Gəncə təmsilçisinin su təminatını həyata keçirəcək. Əsas komandanıın oyun formalarında isə şirkətin loqosu əks olunacaq.


Qeyd edək ki, sövdələşmə "İQ Sports" media və marketinq agentliyinin vasitəsi ilə baş tutub.