Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində 2 qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk matçı Tovuzda olacaq.

 

"Kəpəz" "Neftçi"ni qəbul edir. Bu oyun xüsusilə qonaqlar üçün əhəmiyyətlidir. "Ağ-qaralar" avrokuboklara vəsiqə qazanamaq üçün gözünü kuboka dikib. Samir Abasov və komandası istəyinə çatmaq üçün ilk növbədə "sarı-göylər"i mübarizədən kənarlaşdırmalıdı. 

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.

 

Azərbaycan Kuboku

1/4 final, ilk oyun

16:00. "Kəpəz" – "Neftçi" - 0:2

Qol: Ağadadaş Salyanski, 34, Yuri Matias, 69

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz. Şəhər stadionu.

 

"Kəpəz": 22. Məmməd Hüseynov 12. Turan Manafov 5. Rauf Hüseynli 19. Sadiq Şəfiyev 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili 11. Trent Buhagiar 3. Mahamadu Ba 10. Karim Lkoça 88. Şevroni Mabatşoev

Ehtiyat oyunçular: 1. Rojerio Santos 18. Elgün Bayramov 2. İlkin Qırtımov 7. Ehtiram Şahverdiyev 70. Nicat Süleymanov 8. Elmir Tağıyev 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 26. Valdemar Almeyda 9. Luis Paçu

Məşqçi: Araz Bağırov

"Neftçi": 93. Rza Cəfərov (k) 10. Filip Ozobiç 8. Emin Mahmudov 3. Höccət Haqverdi 19. Azər Salahlı 4. Elvin Camalov 91. Ağadadaş Salyanski 99. Ervin Koffi 44. Yuri Matias 24. Mustafa Sek 18. Ryonosuke Ohori

Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samigullin 90. Ramil Şeydayev 13. Emil Səfərov 80. Həbib İsmayılov 78. Elcan Əbilov 47. Murad Məmmədov 23. Robert Bauer 20. Alfa Konte 77. Yeqor Boqomolski

Baş məşqçi: Samir Abasov