"Kəpəz" kapitanı Vurğun Hüseynov ilə müqavilə müddətini uzadıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi ilə 1 illik anlaşma əldə olunub.
Qeyd edək ki, 36 yaşlı futbolçu ötən mövsümdən Gəncə təmsilçisinin formasını geyinir.