"Kəpəz"də çıxış edən Mate Abuladzenin gələcək taleyinə aydınlıq gəlib. 25 yaşlı müdafiəçi məsələ ilə bağlı Sport24.az-a açıqlama verərək karyerasını Gəncə təmsilçisində davam etdirəcəyini bildirib.

Gürcüstanlı futbolçu mövsümün sonunda müqaviləsinin başa çatdığını xatırladaraq komandada qalacağını da təsdiqləyib:

"Mövsümün sonunda müqaviləm bitmişdi. Lakin onu deməliyəm ki, mən "Kəpəz"də qalacağam".

Beləliklə, tərəflər arasında əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Mate Abuladze mövsümün əvvəlində "Kəpəz"ə transfer olunub. O, başa çatan mövsümdə Premyer Liqada 17, Azərbaycan Kubokunda isə 2 oyunda meydana çıxıb.