"Bu qələbəyə sevinirik. Xoşbəxtlikdən qol vurmağı bacardım". Sport24.az xəbər verir ki, bu sözləri UEFA Çempionları Liqasında əsas mərhələnin ilk turunda "Benfika" ilə qələbəylə (3:2) bitən oyunundan sonra "Qarabağ"ın oyunçusu Kamilo Duran deyib.
Kolumbiyalı futbolçu sona qədər mübarizə apardıqlarını vurğulayıb:
"Bunun asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xal qazandıq. Oyuna bir az diqqətsiz başladıq, 0:2 hesabı ilə uduzurduq, amma təslim olmadıq. Həmişə hücumda oynamağa çalışdıq və lazım olan qələbəni qazandıq".