"Qəbələ" çox təhlükəki komandadı. Onların itirəcəyi heç nəyi qalmadığından bütün oyunlarda "1 nömrə" kimi oynayırlar. Məşqçi heyəti məşqlərdə bu məqama xüsusi diqqət ayırdı, ona uyğun taktiki-texniki tapşırıqlar verildi. Hazırkı durumundan asılı olmayaraq,  "qırmızı-qaralar"ı ciddi rəqibdi. Səfərdə vacib qələbə qazandığmıza görə sevincliyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un qolkiperi Kamal Bayramov deyib.


Təcrübəli qolkiper əsas heyətdə az görünməsinə münasibət bildirməklə yanaşı, komandasının avrokubok şanslarını da dəyərləndirib: "Turan Tovuz"da "çərçivə"də güclü rəqabət var. İstər mən, istər Tərlan, istərsə də Aydın olsun, kim yaxşı formadadısa, məşqçilər heyəti ona etimad göstərir.  Ayxan müəllim mənə nə vaxt ehtiyac duysa, komandama fayda verməyə hazıram. Qarşımıza avrokuboklara getmək hədəfi qoyulmayıb. Başlıca məqsədimiz daha da böyüməkdi. Amma uğurlu çıxış sayəsində qitəmiqyaslı turnirə vəsiqə verən çığırdayıq. Bu biz futbolçular üçün ayrıca motivasiyadı. Ona görə qarşıdakı 6 oyunda da maksimum nəticəyə köklənəcəyik".

 

Qeyd edək ki, Premyer Liqanın XXX turu çərçivəsində baş tutan "Qəbələ" – "Turan Tovuz" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

ABDULLA İSMAYILOĞLU