Konfrans Liqasında qrup mərhələsinin II tur oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib. Sport24.az xəbər verir ki, azarkeşlər arasındakı səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib.
Həmin qol 52-ci dəqiqəyə təsadüf edib və hesab 1:1 olub.Braziliyalı yarımmüdafiəçi 90+4-cü dəqiqədə də fərqlənərək, dubl müəllifi olub.
Namizədlər arasında “Alaşkert”dən Aleksandar Qlişiçin HİK-ə, “Vittes”dən Maksimilian Vittekin “Renn”ə və “Mura”dan Ziqa Kousun “Tottenhem”ə vurduğu qollar da yer almışdı.
Qeyd edək ki, "Qarabağ" rəqibini 4:1 hesabı ilə yenib.