"Qarabağ" Juninyonun "Flamenqo"ya keçidindən 5 milyon avro qazanacaq. Sport24.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

 

Tərəflərin razılığa gəldiyi, Braziliya klubunun sözügedən məbləği "Qarabağ"a hissə-hissə ödəyəcəyi bildirilib. Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra "Flamenqo"ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-də qoşulacaq.

Qeyd edək ki, Juninyo 2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinir.