"Şamaxı"nın futbolçusu Misli Premyer Liqasının XXVII turunda "Qəbələ"ylə səfər matçından erkən əvəzlənməsindən danışıb.Yarımmüdafiəçi Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında bunu yalnız zədəylə bağlı olduğunu deyib: "Ayağımda bir az ağrılar vardı. İynə də vurdurmuşdum. Amma gördüm ki, alınmır və bu səbəbdən məşqçilərdən əvəzlənməyimi istədim. Elə bir ağırlıq yoxdur. Sadəcə bir az yüklənmə var. "Neftçi" ilə oyundan qalmışdı".
Xatırladaq ki, "Şamaxı" bu görüşdə 0:2 hesabıyla yenilib.
MEHMAN SÜLEYMANOV