UEFA Avropa Liqası matçında İsveçdə yerli "Elfsborq" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub. Bu barədə Sport24.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

 

"Süvarilər" dekabrın 10-da, saat 18:00-da Skandinaviya yarımadasına yollanacaq. İsveç tərəfi qonaq komandanın azarkeşləri üçün 600-dən çox bilet ayrılıb.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.