"Qarabağ" 700 manat cərimələnib. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

 

Buna Ağdam təmsilçisinin dörd futbolçusunun Misli Premyer Liqasının XXVII turunda "Şamaxı" ilə oyunda 4 sarı vərəqə alması səbəb olub.

 

Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb.