Mövsümün sonunda "Qarabağ"dan ayrılacağı gözlənilən Abdullah Zubirin gələcək karyerası ilə bağlı yeni detallar bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, 34 yaşlı vinger Qətərin "Əl Şahaniyə" klubuna keçidlə bağlı şərt irəli sürüb.

O, komandanın elitada qalacağı təqdirdə bu transferə razı ola biləcəyini bildirib.

Əks halda isə Zubir 2027-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinməyə davam edəcək.

Qeyd edək ki, "Əl Şahaniyə" hazırda Qətər Super Liqasında 20 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. Çempionatda mövsümün bitməsinə cəmi bir tur qalıb, 11-ci yerdəki "Umm-Salal" da eyni xala malikdir.

Reqlamentə əsasən, 11-ci pillənin sahibi elitada qalmaq üçün pley-off oynayır, 12-ci yer isə birbaşa aşağı liqaya düşür.

Qeyd edək ki, Zubir 2018-ci ildən "Qarabağ"da çıxış edir.