Uzun fasilədən, daha dəqiq desək, 19 ildən sonra Premyer Liqaya qayıdan "İmişli"nin baş məşqçi postuna dəvət etdiyi Kristiano Souzaya verəcəyi maaş müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı mütəxəssis heç də az qazanmayacaq.
Aran təmsilçisinin rəhbərliyi Souza ilə ayda 20 min avro məvacibə razılaşıb.
Qeyd edək ki, 43 yaşlı portuqaliyalının son iş yeri Çexiyanın 3-cü divizionunda mübarizə aparan "Znoymo" olub.