Mövsümün istədiyimiz kimi başlamaması və ardınca yaşanan bəzi çətinliklər təkcə mənə yox, ümumilikdə komandaya da təsir etdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın futbolçusu İlkin Qırtımov deyib.
Təcrübəli futbolçu komandasının son mövsümdəki çıxışını dəyərləndirib:
"Belə hallar futbolda yaşanır və bəzən həm nəticələrə, həm də ümumi atmosferə təsirini göstərir. Bu vəziyyət də təbii olaraq komandadaxili ab-havaya və mənim şəxsi performansıma müəyyən qədər təsir etdi. Karyeramla bağlı isə hələlik yekun və qəti bir qərar verməmişəm. Hazırda məşqlərə davam edirəm, özümü formada saxlamağa çalışıram və futbolu tamamilə buraxmaq kimi bir düşüncəm yoxdur. Sadəcə olaraq vəziyyəti, gələcək imkanları və klubun planlarını dəyərləndirirəm. Çünki futbolda düzgün qərar vermək çox vacibdir və tələskənlik bəzən səhv seçimlərə gətirib çıxara bilər. Eyni zamanda mövcud vəziyyət də tam aydın deyil. Klubun gələcəyi, planları və ümumi vəziyyətlə bağlı dəqiq məlumatlar olmadığı üçün indidən konkret nəsə demək çətindir. Ona görə də daha çox gözləyib, vəziyyətin necə olacağını görmək istəyirəm. Ümid edirəm ki, hər şey yaxşıya doğru dəyişəcək və həm mənə, həm də klub üçün hər şey yaxşı olacaq. Qismət nədirsə, onu zaman göstərəcək".
Qeyd edək ki, "Zaqatala" Birinci Liqanı 28 xalla 7-ci pillədə başa vurub.