İkinci Liqaya vəsiqə qazanan "Xankəndi" daha bir futbolçu ilə anlaşıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, Qarabağın əsas şəhərini təmsil edən klub "Karvan"dan ayrılan Müşfiq Teymurovu heyətinə qatıb.

"Xankəndi" buna qədər Müşfiq Teymurovun qardaşı Bəhruz Teymurovu "rənglərinə bağlamışdı". 

Qeyd edək ki, "Xankəndi" 2024/25 mövsümündə Region Liqasının qalibi olub.